TÖVSİYƏ XƏBƏRLƏR

Bakıdan göndərilən 40 ton un yüklü karvan 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir – FOTO

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərinin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 4-cü gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır. Bu barədə APA 1 sentyabr tarixində xəbər verib.

İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlıları postunun qarşısında gözləyir. AzQAC əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirlər.

AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Bakıdan göndərilən 40 ton un yüklü karvan 4 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO
Foto APA.az saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx