Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 7-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır. Bu barədə APA 5 sentyabr tarixində xəbər verib.
İçərisində 40 ton un olan iki TIR avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlıları postunun qarşısında gözləyir. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaq.
AzQAC nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.