Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən və içərisində un olan iki yük maşını (TIR) 21 gündür Ağdam-Xankəndi yolundadır.
Bu barədə 18 sentyabr tarixində Report xəbər verib.
İki yük maşını avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyiblər.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.