TÖVSİYƏ XƏBƏRLƏR

Bakıdan Qarabağdakı erməni sakinlərinə göndərilən ərzaq yükü Xankəndiyə çatdırılıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb.

Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 22 sentyabr tarixində məlumat verir.

Bu gün səhər saatlarında içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan

20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə yola salınıb.

Eyni zamanda Qarabağdakı erməni sakinlər üçün ərazidə 1000 yerlik çadır qurulub.