TÖVSİYƏ XƏBƏRLƏR

Bakının bəzi küçələrində yeni tipli işıqfor dirəkləri quraşdırılıb

Paytaxtın bəzi küçələrində yeni tipli işıqfor dirəkləri quraşdırılıb. Bu barədə 6 sentyabr tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsindəki işıqforların köhnə dirəkləri dəyişdirilərək yeni – Ltipli dirəklərlə əvəz edilib.

Bu, bəzi yolayrıclarında quraşdırılan işıqforların dirəkləri qısa olduğundan sürücülərin onları görməkdə çətinlik çəkdiyi, hətta belə kəsişmələrdə bir neçə dəfə yol-nəqliyyat hadisəsi də baş verdiyi üçün edilir.

Bu istiqamətdə işlər Mərkəz tərəfindən davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx