Bu gün Bakının Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına gün ərzində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə İnsanoid Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən bu gün, 8 noyabr tarixində xəbər verir.
Məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.