Bu gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə İnsanoid Dövlət Su Ehtiyatları Agentliyinə istinadən bu gün, 19 sentyabr tarixində xəbər verir.
Məhdudiyyətlərə səbəb su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.