TÖVSİYƏ XƏBƏRLƏR

Bakının bu rayonunun sakinlərinə 2000 AZN kompensasiya veriləcək

Bakının Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlər söküləcək. Bu barədə Baku.ws 5 sentyabr tarixində xəbər verib.

“Təzəpir” məscidi ətrafında yerləşən fərdi ev sahiblərinin qeydiyyatı aparılıb və evlərin ölçüləri götürülüb. Dövlət tərəfindən maliyyə ayrılan kimi həmin sakinlərin köçürülməsi prosesinə başlanılacaq.

Söküntü Bəşir Səfəroğlu küçəsindən Azadlıq prospektindəki 5 mərtəbəli binaya qədər olan hissəni əhatə edəcək.

Sakinlərə hər kvadratmetrə görə 1500+500 AZN kompensasiya veriləcək. Əlavə verilən 500 AZN maddi yardım kimi hesablanacaq.

Ərazidə yaşayan və evinin kvadratı az olan sakinlər üçün müəyyən güzəştlər olacaq və bu istiqamətdə təkliflər hazırlanacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx