Bakının Suraxanı rayonunda içməli sudan qanunsuz istifadə halları aşkarlanıb. Bu barədə İnsanoid bu gün, 30 avqust tarixində “Azərsu”ya istinadən xəbər verir.
Rayonun Hövsan qəsəbəsi, Dənizkənarı küçəsindəki Ömür marketində sudan qanunsuz istifadə faktı müəyyən edilib. Sahibkar texniki şərt almadan əhali qrupu abonenti üçün çəkilmiş su xəttindən istifadə edib.
Oxşar vəziyyətə həmin küçədə yerləşən bir neçə obyektdə – “Oba market” və ərzaq məhsullarının satışı ilə məşğul olan digər obyektdə də rast gəlinib.
Zığ şosesində “Qum bazarı” kimi fəaliyyət göstərən obyektin də sudan qanunsuz istifadə etdiyi müəyyən olunub.
Aşkar edilmiş bütün qeyri-qanuni birləşmələri əraziyə cəlb edilmiş qəza briqadası kəsərək ləğv edib.