Bakının Yasamal rayonunda yaşayış binasında yanğın baş verib. Bu haqda İnsanoid Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 28 noyabr tarixində xəbər verir.
Yanğın Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə qeydə alınıb.
Hadisə yerinə yanğından mühafizə bölmələri cəlb edilib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb.