Bakının Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində yeni yerüstü piyada keçidi inşa edilir.
Bu barədə 12 sentyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Tikinti işləri gecə saatlarında aparılır.
Layihə üzrə keçidin uzunluğu 57 metr, daxili eni 3,5 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr təşkil edən keçid üstüqapalı və torşəkilli metal konstruksiyadan ibarət olacaq.