“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakının Xəzər rayonunun Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib. Bu barədə 17 noyabr tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat verib.
Fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.
Son nəticədə Zirədə 6 000-ə qədər ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 2 574 abunəçi internet xidmətindən istifadə edir.
Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur.