TÖVSİYƏ XƏBƏRLƏR

“Baku Steel Company”in sabiq rəhbərinin əmlakı üzərinə həbs qoyulub

“Baku Steel Company”nin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun əmlaklarının üzərinə həbs qoyulub. Bu barədə sentyabrın 15-də APA xəbər yayıb.

Belə ki, Badamdarda yerləşən Bakı Oksford Məktəbi, bir zavod, bir neçə fərdi yaşayış evi və bağ evinin üzərinə həbs qoyulub. Bu əmlakların qiyməti ümumilikdə 70 milyon manat civarındadır.

Bakı Oksford Məktəbinin təsisçisi Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Üzərinə həbs qoyulmuş əmlakların təxminən 30 milyon manatlıq hissəsi Rasim Məmmədovun qohumlarının adına rəsmiləşdirilib.

Qeyd edək ki, Rasim Məmmədov DTX tərəfindən həbs olunub. O, külli miqdarda mənimsəmədə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə ittiham olunur.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx