Balakən: narkotik plantasiyası salan şəxs saxlanılıb

Avqustun 27-də Balakən rayon Qazbinə kəndi ərazisində çətənə kollarını əkib-becərən Şəki şəhər sakini saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saxlanılan şəxs çətənə kollarına qulluq edərkən polis əməkdaşları tərəfindən iş başında yaxalanıb və saxlanılıb. Əraziyə baxış zamanı oradan 213 kiloqramdan artıq olan 1103 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 2021-ci ilin yanvar–iyun ayları ərzində Azərbaycanda qeydə alınmış 14928 cinayət hadisəsinin 28%-i narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Balakən: narkotik plantasiyası salan şəxs saxlanılıb”

Tövsiyə xəbərlər