TÖVSİYƏ XƏBƏRLƏR

Balakən və Zaqatalada çaylar daşıb

Balakən və Zaqatala rayonlarında çaylar daşıb. Bu barədə FHN sentyabrın 23-də məlumat yayıb.

İntensiv yağan yağışlara görə Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında qısamüddətli daşqın və sel yaranıb. Nəticədə Balakən və Zaqatalada yaşayış məntəqələri, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.

Hadisənin fəsadlarını aradan qaldırmaq üçün ərazilərə nazirliyin müvafiq qüvvələri, o cümlədən helikopter cəlb edilib.

Əlavə məlumat veriləcək.

Bundan əvvəl, sentyabrın 17-də Tovuzda yağan leysan nəticəsində rayonun Yanıqlı, Əsrik Cırdaxan və ucqar kəndlərinə sel suları gəlib. Nəticədə evlərə su dolub, kənd təsərrüfatına ziyan dəyib.