Balakəndə 64 yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb. Bu barədə 23 oktyabr tarixində APA məlumat yayıb.
Balakən şəhər sakini, 1959-cu il təvəllüdlü Hürü Camal qızı Əmiraslanovanın sirkə turşusu içərək zəhərləndiyi bildirilir. 64 yaşlı qadın zəhərlənmədən yaşadığı ünvanda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.