Balakən və Naxçıvanda ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Bu barədə Report 11 mart tarixində xəbər verib.
Aksiya zamanı Balakən şəhəri Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində 200 sərv, 100 Lənkəran akasiyası, 100 Xan çinarı, 50 cökə, 40 palma, 10 həmişəyaşıl palıd, 1000 kol gülü və Zaqatala-Balakən dövlət avtomobil yolunun kənarına 500 kol gülü əkilib.
Naxçıvanda isə aksiyada 1500 badam tingi və 600 üzüm kolu əkilib.
Gün ərzində Muxtar Respublikada ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyasında 19 mindən artıq sakin iştirak edib, 40 min meyvə və meşə tingi əkilib.