TÖVSİYƏ XƏBƏRLƏR

Balakənçaydan sel keçib

Yağan intensiv yağışlar selə səbəb olub. Bu barədə İnsanoid Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 13 aprel tarixində xəbər verir.

Aprelin 13-ü saat 15:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.

Bildirilib ki, yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan sel keçib.

Şimal-qərb küləyi arabir Naftalanda 26 m/s, Mingəçevir, Yardımlı, Zərdab, Gəncədə 24 m/s, Bərdə 22 m/s, Şəki, Zaqatala, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəydə 20 m/s, Çeyrançöl, Beyləqan, Yevlax, Tovuz, Şirvan, Qobustanda 18 m/s, Sabirabadda 17 m/s, Lerikdə 16 m/s-dək güclənib.

Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağışla bərabər, diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsində, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisində, saat 13:28-də Şəki rayonunda xırda dolu düşüb.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx