Balakəndə sürücü sükan arxasında dünyasını dəyişib. Bu barədə 7 noyabr tarixində APA məlumat verib.
Hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunda, Balakən rayonunun Katex kəndi ərazisində baş verib.
Belə ki, 1963-cü il təvəllüdlü Vlazim Cahangir oğlu Nəsibov avtomobil idarə edərkən səhhəti qəflətən pisləşib. Sürücü avtomobilin idarəetməsini saxlayaraq sükan arxasından yerə yıxılıb. V. Nəsibov orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.