TÖVSİYƏ XƏBƏRLƏR

Balakəndə dağlarda əməliyyat keçirilib: 9 nəfər saxlanılıb

Balakəndə dağlarda əməliyyat keçirilib, 9 nəfər saxlanılıb. Bu barədə 4 sentyabr tarixində İnsanoid-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Keçirilən əməliyyatlar zamanı çətin relyefli dağ-meşə massivində narkotik plantasiyası salan, dövlətlərarası axtarışda olan, oğurluq edən və üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 9 nəfər tutulub.

Ucqar dağlarda müəyyən edilən narkotik plantasiyasından çəkisi 350 kiloqrama yaxın 568 ədəd çətənə kolu, eləcə də külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Eyni zamanda 1-i “PK” markalı pulemyot olmaqla ümumilikdə 8 odlu silah, 290 ədəd patron və 4 əl qumbarası götürülərək aidiyyəti üzrə təhvil verilib.

Digər əməliyyatlar zamanı barəsində dövlətlərarası axtarış elan edilmiş Vüsal Ömərov və rayonun Qazma kəndində yerləşən uşaq bağçasından kompüterləri oğurlayan İzzət Məsiyev saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx