Balakəndə güclü külək 80-dən çox evin dam örtüyünü uçurub. Bu barədə İnsanoid bu gün, 7 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Ötən gün axşam saatlarından rayon ərazisində əsən güclü külək fəsadlara səbəb olub.
Rayonun Katex kəndində 80 ev, şəhər ərazisində isə 5 mərtəbəli yaşayış binasının dam örtüyü dağılıb.
Eyni zamanda şəhərdə irigövdəli ağacın aşması nəticəsində 2 avtomobilə ziyan dəyib.