TÖVSİYƏ XƏBƏRLƏR

Balakəndə qəza baş verib, iki qardaşdan biri ölüb

Balakəndə baş verən ağır yol qəzasında iki qardaşdan biri ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. Bu barədə 3 noyabr tarixində APA məlumat verib.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayonu Uzuntala kənd sakini, 1994-cü il təvəllüdlü Şaban Rəcəb oğlu Çalabov idarə etdiyi “Mitsubishi” markalı minik avtomobili ilə hərəkətdə olarkən maşın yolun kənarında dayanan traktorun qoşqusuna çarpılıb.

Qəza zamanı minik avtomobilində olan sərnişin, sürücünün əmisi Zaqatala rayonu Uzuntala kənd sakini, 1955-ci il təvəllüdlü Əli Şaban oğlu Çalabov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin – sürücünün atası, 1958-ci il təvəllüdlü Rəcəb Şaban oğlu Çalabov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.