“Barbie” və “Oppenheimer” filmlərinin nümayişi Rusiyada qadağan olunub. Bu barədə İnsanoid Rusiya nəşrlərinə istinadən bu gün, 1 sentyabr tarixində xəbər verir.
“Barbie” və “Oppenheimer”in pirat nümayişinin olmayacağı təsdiqlənib”, – Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi əvvəllər bu filmlərin idxalına icazə verməyi təklif edən Dövlət Dumasının vitse-spikeri Vladislav Davankovun sorğusuna cavab verib.
“Hesab edirik ki, ölkə vətəndaşlarına baxmağı təklif etdiyiniz “Barbie” və “Oppenheimer” filmləri dövlət başçısının ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi ilə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələrə cavab vermir”, – deyə cavabda bildirilir.