Bərdədə 26 yaşlı Bakı sakini bıçaqlanıb. Bu barədə İnsanoid bu gün, 5 sentyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Ötən gün Bərdədə Bakı şəhər sakini, 26 yaşlı Əmrah İlyasov kəsilmiş-deşilmiş xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 19 yaşlı Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdıma aparılır.