TÖVSİYƏ XƏBƏRLƏR

Bərdədə avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bərdədə avtomobilin vurduğu piyada bir gün sonra xəstəxanada ölüb. Bu haqda 24 mart tarixində Report məlumat verib.

Hadisə martın 22-də baş verib. 29 yaşlı İsmayıl Ərşadlı idarə etdiyi “Khazar SD” minik markalı avtomobillə piyada, Bərdə rayonunun Yeni Əyricə kənd sakini, 26 yaşlı İsrayıl Əmirovu vurub. Sonuncu aldığı bədən xəsarətlərindən martın 23-də Bərdə Müalicə və Diaqnostika Mərkəzində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx