Bərdədə canavarlar təsərrüfata hücum edib. Bu barədə APA 8 iyun tarixində xəbər verib.
Rayonun Çələbilər kəndi ərazisində məskunlaşan Ağdam rayon sakini Vüqar Əhmədova məxsus təsərrüfata hücum edən canavarlar 24 baş qoyunu tələf edib, 20 baş qoyunu yaralayıblar.
15 baş qoyunun isə yoxa çıxdığı bildirilir.