Bərdədə yük avtomobili ilə minik maşını toqquşub, ölən var. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.
Hadisə Bərdə rayonunun Yeni Daşkənd kəndindən Tərtər yolu istiqamətində qeydə alınıb.
Belə ki, Təhsin Cabbarovun idarə etdiyi “KamAZ 55111” markalı yük avtomobili ilə 1986-cı il təvəllüdlü Elməddin Məhərrəmovun idarə etdiyi “VAZ 2106” markalı avtomobil toqquşub.
Nəticədə “VAZ 2106” markalı avtomobilin sürücüsü E.Məhərrəmov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.