Bərdədə yol qəzası baş verib. Bu barədə 16 sentyabr tarixində APA xəbər verib.
Şəhərin Asif Abışov küçəsində 28 yaşlı Nəsrəddin Balayevin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili yol kənarında dayanmış minik maşınına çarpılıb.
Nəticədə sürücü N.Balayev ağır bədən xəsarətləri alaraq, Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.