Bərdədə minik avtomobili su kanalına düşüb. Bu barədə İnsanoid bu gün, 26 avqust tarixində APA-ya istinadən xəbər verir.
Rayonun Mirzalıbəyli kəndində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq su kanalına düşüb.
Ətrafdakıların köməkliyi ilə sürücü avtomobildən çıxarılıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.