TÖVSİYƏ XƏBƏRLƏR

Bərdədə “Mercedes” “VAZ”la toqquşub

Bərdədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu barədə APA 3 oktyabr tarixində xəbər verib.

Hadisə Ağdam-Bərdə yolunun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

10-XB-318 dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı mikroavtobusla 09-BK-019 dövlət qeydiyyat nişanlı “VAZ 2104” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində iki nəfər Bərdə rayon Uğurbəyli kənd sakinləri – 57 yaşlı Sevda Məhərrəmova  və 62 yaşlı Cəmilə Məhərrəmova xəsarət alıblar. Onlar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bərdə qəza
Foto APA.az saytı