TÖVSİYƏ XƏBƏRLƏR

Baş nazir Əli Əsədov Soçidə işgüzar səfərdədir

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak üçün Soçiyə işgüzar səfəri başlayıb.

Bu barədə 7 iyun tarixində Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.

Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.

Bundan əlavə, səfər çərçivəsində Ə.Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx