TÖVSİYƏ XƏBƏRLƏR

Baş nazirin müavini Türkiyədə səfərdədir

Baş nazirin müavini Şahin Mustafayev Türkiyədə səfərdədir. Bu barədə Report 26 yanvar tarixində xəbər verib.

Baş nazirin müavini Şahin Mustafayev səfərə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiya və bir sıra dövlət qurumlarının nümayəndələri ilə yollanıb.

Səfər çərçivəsində Türkiyənin vitse-prezidenti Fuad Oktay və Türkiyənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə görüşlər keçiriləcək, qardaş ölkənin nəhəng su təchizatı obyektləri ilə tanışlıq olacaq.

Azərbaycan nümayəndə heyətinin tərkibinə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, “Azmelsutəsərrüfat” ASC-nin sədri Zaur Mikayılov, “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov və digər rəsmi şəxslər daxildir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx