TÖVSİYƏ XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev cari il oktyabrın 10-da saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhər sakinlərinin qəbulunu keçirəcək.

Bu barədə 3 oktyabr tarixində Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Vətəndaşlar yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.