TÖVSİYƏ XƏBƏRLƏR

Baş prokuror Şabranda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Kamran Əliyev bu il sentyabrın 1-də Şabran, Siyəzən və Xızı rayon sakinlərini qəbul edəcək. Bu barədə İnsanoid bu gün, 28 avqust tarixində Baş Prokurorluğa istinadən məlumat verir.

Qəbul saat 10:00-da Şabran Rayon Prokurorluğunun inzibati binasında baş tutacaq.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Şabran rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx