Almaniyanın ən güclü futbol klublarından olan “Bayern Münhen” klubu baş məşqçisini qovub. Bu haqda bu gün, 24 mart tarixində İnsanoid xarici mediaya istinadən xəbər verir.
Yulian Nagelsman Almaniya qrandının baş məşqçisi postunu tərk edib. Gənc mütəxəssis Dortmund “Borussiya”sı ilə doqquz xallıq fərqi qoruya bilməyib və yığmaların fasiləsinə qədər Bundesliqada 2-ci pilləyə düşüb. Bu, klub menecerlərinin qəzəbinə səbəb olub.
Sosial şəbəkələrdəki məlumatlara görə, hazırda baş məşqçi vəzifəsinə 1-ci namizəd almaniyalı mütəxəssis Tomas Tuxeldir. O, bir müddət öncə İngiltərənin “Çelsi” klubundan qovulmuşdur.