Jill Bayden həyat yoldaşı, ABŞ Prezidenti Co Baydenin 2024-cü il prezident seçkilərində iştirak edəcəyinə işarə edib. Bu barədə 25 fevral tarixində Bakupost.az məlumat verib.
Məlumata əsasən, Afrika turu çərçivəsində Keniyada olan Jill Bayden “Associated Press”ə müsahibə verib.
O, Baydenin 2024-cü il prezident seçkilərində namizəd olacağına işarə edərək: “Onun dediklərinə inanmırsınız? Yəni inanmağınız üçün o, bunu neçə dəfə söyləməlidir?”,- cavabını verib.
Jill Bayden həyat yoldaşının fəaliyyətindən danışaraq, onun çox şeyə nail olduğunu bildirib: “O, hələ başladığı işi bitirməyib”.
Keçən ay xərçəng riski daşıdığı üçün əməliyyat olunan Jill Bayden hazırda vəziyyətinin normal olduğunu vurğulayıb.