8-12 noyabr tarixlərində – qeyri-iş günlərində ölkədəki bankların filial və şöbələri, həmçinin “Azərpoçt” MMC-nin şöbələri və valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcək.
Bu barədə 7 noyabr tarixində Azərbaycan Mərkəzi Bankı xəbər verib.
Ümumilikdə 14 bankın 118 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt”un 73 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 5 valyuta mübadiləsi məntəqəsi (o cümlədən 1-i 24 saat rejimində olmaqla) müştərilərə xidmət göstərəcək.
Bayram günlərində fəaliyyət göstərəcək bankların filial və şöbələrinin, “Azərpoçt”un satış nöqtələrinin və valyuta mübadiləsi məntəqələrinin iş qrafiki ilə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:
https://uploads.cbar.az/press-releases/2b1bd762130dd61ebf57c2121.pdf
https://uploads.cbar.az/press-releases/5dff6cc2dca2fee1b6bd83dc6.pdf
https://uploads.cbar.az/press-releases/852ce3f96b15a28e31c551075.pdf