Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən bu gün, 27 mart tarixində xəbər verir.
Hal-hazırda yollardakı vəziyyət:
- Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
- Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
- Binəqədi şosesi, “Azadlıq Prospekti” metro stansiyası istiqamətində;
- Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;
- 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;
- 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;
- Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
- Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.