TÖVSİYƏ XƏBƏRLƏR

Bazar günü Bakıda 17° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 31-də səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.