Bazar günü hava buludlu olacaq, əsasən yağmursuz keçəcək

Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, oktyabrın 3-də havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 12-14° isti, gündüz 19-21° isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 18-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacaq.

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib: “Oktyabrın 3-ü axşamdan ayın 7-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi, küləyin arabir güclənəcəyi gözlənilir”. FHN vətəndaşları hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Bazar günü hava buludlu olacaq, əsasən yağmursuz keçəcək”

Tövsiyə xəbərlər