TÖVSİYƏ XƏBƏRLƏR

Bazar gününün hava proqnozu

Bazar gününə olan hava proqnozu açıqlanıb. Bu barədə 7 aprel tarixində İnsanoid.com xəbər verir.

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Həmçinin mülayim şimal-qərb küləyi əsəcək.

Temperatur gecə 8-11°, gündüz isə 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında isə gün, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq,  qərb küləyi isə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11°, gündüz 20-25°, dağlarda gecə 0-5°, gündüz 6-10° isti olacaq.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx