avtobus

Bəzi küçələrdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb

Bəzi küçələrdə bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb. Bu barədə 21 yanvar tarixində APA Bakı Nəqliyyat Agentliyinə istinadən məlumat verib.

Belə ki, bu gün saat 10:00 radələrindən etibarən Azadlıq prospekti – Füzuli küçəsi, Dilarə Əliyeva küçəsi və Rəşid Behbudov küçəsi istiqamətində bir sıra avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-bərpa işləri ilə əlaqədar qeyd olunan küçə və prospektdən keçən 2, 4, 5, 14, 61, 79, 85, 88, 88A müntəzəm marşrut xətlərində fəaliyyət göstərən avtobusların hərəkəti qismən məhdudlaşdırılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx