Ötən gün günün birinci yarısında ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli yağış, Şahdağda qar yağıb. Bu barədə 27 sentyabr tarixində Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Sentyabrın 27-də gecə və səhər hava sabit, əsasən, yağmursuz keçib.
Lerik, Qrız, Daşkəsən, Cəfərxan, Biləsuvar və Şahdağda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26°, Naxçıvan MR-də 28°, Aran rayonlarında 30°, dağlıq rayonlarda 17° isti olub.