Bakı Dövlət Universitetində (BDU) 2021/2022-ci tədris ilinin yaz sessiyası hibrid formada təşkil olunacaq. Bu barədə Report-a fevralın 14-də universitetin rəsmisi Kəmalə Quliyeva məlumat verib.
BDU Elmi Şurasının keçirilən iclasında qərar qəbul edilib: “Yaz sessiyası da payız sessiyasında olduğu kimi, həftənin 2 günü onlayn, 3 günü ənənəvi qaydada keçiriləcək”.
Həmçinin Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə qərar qəbul olunub. Belə ki, universitet müharibədə iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.