Beş koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Tovuzda, Lənkəranda və Sumqayıtda yaşayış yerini tərk edən 5 koronavirus xəstəsi saxlanılıb. Bu haqda DİN-dən sentyabrın 4-də məlumat verilib.

Tovuzda aktiv koronavirus xəstələri olan Faiq və Sadəgül Qocayevlər ev şəraitində müalicə almalarına baxmayaraq, yaşadıqları evi tərk ediblər.

Lənkəran rayon sakini T.Cavadovaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub. Lakin o polis tərəfindən ictimai yerdə aşkar edilib.

Sumqayıt şəhərində isə aktiv koronavirus xəstəsi olan Səmral Cəfərov və Südabə Nəsibova evlərini tərk etdikləri üçün saxlanılıblar.

Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb və evlərinə qaytarıb.

Saxlanılan şəxslər barəsində “epidemiya əleyhinə və karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Beş koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb”

Tövsiyə xəbərlər