Mehdiabad-Pirşağı yolunda yük avtomobili ilə minik avtomobili toqquşub, bir nəfər ölüb. Bu barədə 18 oktyabr tarixində Report məlumat verib.
Rasim Məmmədovun idarə etdiyi “Mercedes” markalı betonqarışdıran yük avtomobili Rəşad Qurbanlının idarǝ etdiyi BMW markalı minik avtomobili ilə toqquşub. Nəticədə yük avtomobili aşaraq yol kənarındakı avtobus dayanacağına çarpılıb. Zərbənin təsirindən dayanacaq orada dayanan 1970-ci il təvəllüdlü piyada Balaca Məmmədovanın üzərinə aşıb. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanmaqla istintaq aparılır.