TÖVSİYƏ XƏBƏRLƏR

Beyləqan: çirkabı kanala axıdan şəxslər cəzalandırılıblar

Beyləqanda çirkabı kanala axıdan şəxslər cərimələniblər. Bu barədə 14 avqust tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Rayonun Mayak qəsəbəsində və Əlinəzərli kəndində mal-qara tövləsində və sanitar qovşaqlarda formalaşan çirkabın kənd ərazisindən keçən suvarma arxına və drenaj kanalına axıdılması faktları aşkarlanıb.

Faktlarla bağlı Beyləqan rayon sakinləri Möhüddin Əliyev, Amil Bayramov, Zamin Əliyev, Sənan Məhərrəmov və Səidə İsmayılova barəsində akt, protokol tərtib edilib, qanunamüvafiq tədbirlər görülüb.