TÖVSİYƏ XƏBƏRLƏR

Beyləqanda avtomobil kanala aşıb

Beyləqanda avtomobilin su kanalına aşması nəticəsində Türkiyə vətəndaşları xəsarət alıblar. Bu barədə APA 7 noyabr tarixində xəbər verib.

Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi “Mitsubishi L 200” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək yeni tikilən beton su kanalına aşıb.

Qəzada Türkiyə vətəndaşları – Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıblar.

Araşdırmalara başlanılıb.