Noyabrın 2-də Beyləqan şəhəri ərazisində üzərində dövlət qeydiyyat nişanı olmayan “Mercedes” markalı avtomobilə “saxla” işarəsi verilib, lakin sürücü polisin qanuni tələbinə tabe olmayaraq, hadisə yerindən yayınıb. Bu barədə 3 noyabr tarixində APA məlumat verib.
Avtomobil saxlanılıb, sürücünün Beyləqan şəhər sakini İlham Fətiyev olması məlum olub. Nəqliyyat vasitəsinə baxış zamanı oradan dövlət qeydiyyat nişanı və qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. İ.Fətiyev barəsində inzibati protokol tərtib edilib.
Məhkəmənin qərarı ilə onun barəsində 8 gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq olunub.