Beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən ölkəmizə gətirilib. Bu barədə İnsanoid Ədliyyə Nazirliyinə istinadən bu gün, bildirilib.
Ötən aylarda dələduzluq əməlləri ilə vətəndaşlara xeyli ziyan vurmuş, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və israf etmə, narkotik vasitələrin satışı və digər cinayət əməllərinin törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilən şəxslər Avropa dövlətlərindən bütün beynəlxalq prosedurlara, o cümlədən tranzitlə bağlı qaydalara riayət olunmaqla ölkəmizə gətirilib.
Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən bu günlərdə isə insanlara külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxsin Almaniyadan ölkəmizə təslim edilməsi təmin olunub.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Belə ki, kibercinayət və oğurluq əməlləri törədən şəxslərin ekstradisiyasına dair Böyük Britaniya və Polşa ilə mürəkkəb beynəlxalq prosedurlara riayət olunmaqla razılıq əldə edilib və onların yaxın zamanda ölkəmizə gətirilməsi gözlənilir.